​Rusiyanın xüsusi nümayəndəsi sülh danışıqlarına GƏLİR

​Rusiyanın xüsusi nümayəndəsi sülh danışıqlarına
11:48 14.09.2022
217 Siyasət
A- A+

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün Bakı və İrəvana səfərlər edəcək. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Həm Bakı, həm də İrəvan Rusiyanın müvafiq yardım tələbini təsdiqləyib”,  - deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, İqor Xovayev bu yaxınlarda Azərbaycan və Ermənistanda səfərdə olub.