"44 günlük müharibənin acınacaqlı təcrübəsini bir kənara qoymaq lazımdır".
Sülh.info.az xəbər verir ki, bunu müxalifətçi deputat Tiqran Abramyan öz "Facebook" hesabında qeyd edib.
Bildirib ki, Ermənistanda səfərbərliyə ehtiyac olarsa, bunu 44 günlük müharibə nümunəsi ilə yox, 30 nəfərdən ibarət dəstələr yaratmaqla həyata keçirmək lazımdır. Onların hər biri özünə dəbilqə və gülləkeçirməz jilet almalıdır.
Onun sözlərinə görə, cəbhə xəttində vəziyyətin hələ dəyişmədiyini nəzərə alsaq, o zaman gələcəkdə səfərbərliyə ehtiyac yarana bilər.