​Kifayət qədər qan ehtiyatımız var - TƏBİB

​Kifayət qədər qan ehtiyatımız var
12:13 14.09.2022
226 Toplum
A- A+

Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış​ hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.

Bu barədə TƏBİB-dən  verilən məlumatda bildirilib.

"Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları​ zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq.​

Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an​ tibb müəssisələri qanla​ təmin edilə bilər", - məlumatda qeyd edilib.