​Erməni təxribatı nəticəsində şəhid olan 19 yaşlı əsgərimiz Bülbülədə dəfn olundu - FOTO/VİDEO

​Erməni təxribatı nəticəsində şəhid olan 19 yaşlı əsgərimiz Bülbülədə
12:23 14.09.2022
241 Toplum
A- A+

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan 2004-cü il təvəllüdlü, əsgər İbrahim Şöhrət oğlu Həsənov da bu gün dəfn olunub.

Şəhidimizin nəşi Bakının Suraxanı rayonun Bülbülə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid İbrahim Həsənov ailəli olub. Ondan geriyə bir azyaşlı övladı qalıb.