​"Ermənistana informasiya müharibəsində də tutarlı cavab verilməlidir" - Politoloq ŞƏRHİ

​
12:45 14.09.2022
333 Siyasət
A- A+

“Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Brüsseldə keçirilmiş siyasi danışıqlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran rəsmi İrəvan hərb seqmentində üstünlük əldə etməyə çalışır”.

Sülh.info.az xəbər verir ki, bu sözləri Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı saytımıza danışan politoloq İlyas Hüseynov bildirib. O, həmçinin qeyd edib:

“Bu xüsusda Ermənistan Azərbaycanın mövqelərini ağır silahlardan atəşə tutdu. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan ordusu 50 şəhid verib. Lakin şəhidlərimizin qanı yerdə qalmadı. Düşmən sarsıdıcı zərbələr aldı. Bundan sonra da Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşı qəsd, təcavüz olarsa, Azərbaycan Ordusu bütün lazımi tədbirləri həyata keçirəcək. Ermənistan bununla həm də beynəlxalq ictmaiyyəti ölkəmizə qarşı mənfi imicdə göstərməyə çalışır. Sanki Azərbaycan Ermənistan ərazisinə hücum etmişdir. Bu tamamilə həqiqətə uyğun olmayan məlumatlardır".

"Ermənistan dezinformasiya yaymaqla öz məqsədlərinə çatmaqda israrlı olduğunu nümayiş etdirir və Fransa qismində özünə havadar kimi fəaliyyət həyata keçirir. Fransa artıq BMT-nin Təhlükəsizlik Şurasının çağırılmasını tələb etmişdir. Eyni zamanda Ermənistan KTMT-nın üzvlərini Azərbaycan-Ermənistan sərhəddinə cəlb etməyə çalışır”.

Politoloq bildirib ki, Ermənistan həm də Qafqazda gərginliyin yaradılmasına çalışır və bunun üçün də həqiqətə uyğun olmayan məlumatlar yayaraq informasiya müharibəsində özünə tərəfdar toplamaq istəyir:

“Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan həm də Qafqazda gərginliyin yaradılmasına çalışır. Bu cür destruktiv hərəkətlərinə görə beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanmalı olduğu halda, bəzi siyasətçilər ölkəmizi hədəfə alır, həqiqətə uyğun olmayan məlumatlar səsələndirirlər. Bu ikili standartların və qərəzli münasibətin nəticəsidir ki, şəhid verdiyimiz halda, mövqelərimiz atəşə tutulduğu halda, beynəlxalq səviyyədə qınanan da biz oluruq. Ermənistan tərəfi hərbi seqmentlə yanaşı, həm də informasiya müharibəsində özü üçün tərəfdarlar toplamaqda davam edir. Düşünürəm ki, Azərbaycan da informasiya müharibəsində öz mövqelərini getdikcə gücləndirməli və Ermənistana bu müstəvidə tutarlı cavab verməlidir”.

Fidan Ali / Sulh.info.az