​Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salındı

​Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər
13:34 14.09.2022
A- A+

18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınır.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, usta dərsləri və akademik musiqi tədbirləri saxlanılır.

Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.