​Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi növbəti dəfə uzadılıb

​Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi
15:00 14.09.2022
374 Dünya
A- A+

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini sentyabrın 22-dək uzadıb.

Təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.