​“İtkilərimiz 200-dən çoxdur” - Erməni deputatdan etiraf

​“İtkilərimiz 200-dən çoxdur”
17:28 14.09.2022
224 Dünya
A- A+

Ermənistan ordusunun itkilərinin sayı 200-ü keçib.

Bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Vahe Hakopyan bildirib.

"Ermənistanın itkiləri 200-ü çoxdan keçib. Bu, ciddi rəqəmdir", - deyə deputat KİV-ə müsahibəsində vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bugünkü çıxışında itki sayının 105-ə çatdığını deyib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib.