​Roma Papası hamını sülh üçün dua etməyə çağırdı

​Roma Papası hamını sülh üçün dua
17:33 14.09.2022
243 Siyasət
A- A+

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb.

Bu barədə Roma Papası Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən mərasimdə danışıb.

"Narahatlıqla öyrəndim ki, Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Hər kəsi sülh üçün dua etməyə çağırıram. Dua edək ki, razılaşma fitnədən üstün olsun", - Papa deyib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.