​KTMT missiyası sabah Ermənistan-Azərbaycan sərhəddində olacaq

​KTMT missiyası sabah Ermənistan-Azərbaycan
17:36 14.09.2022
229 Ölkə
A- A+

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının sabah - cümə axşamı Azərbaycanla sərhədə gələcəyini gözləyir.

O bu barədə Ermənistan parlamentindəki hökumət saatında bildirib.

Mirzoyanın sözlərinə görə, KTMT Ermənistanın müraciətinə lazımi qaydada baxıb və ilk dəfə olaraq respublikaya öz missiyasını göndərmək qərarına gəlib.
 

"Bildiyiniz kimi, Ermənistana KTMT-dən monitorinq missiyası gələcək - hesab edirik ki, missiya sabah bölgədə olacaq. Ümumiyyətlə, deməliyik ki, bizim ərizəmizə lazımi qaydada baxılıb. KTMT ilk dəfə Ermənistana öz missiyasını göndərmək qərarına gəlib”, - Mirzoyan bildirib.
 

Ararat Mirzoyanın sözlərinə görə, KTMT-nin monitorinq missiyası ilə bir sıra müzakirələr aparılmalıdır.