​Şəhid Üzeyir Əliyev Göygöldə dəfn olunub

​Şəhid Üzeyir Əliyev Göygöldə
18:40 14.09.2022
250 Ölkə
A- A+

Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan Üzeyr Sabir oğlu Əliyev dəfn olunub.

Report un Qərb bürosunun məlumatına görə, Gəncənin Qızıl qaya qəsəbəsində şəhid - 1993-cü il təvəllüdlü Üzeyir Sabir oğlu Əliyevlə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər iştirak ediblər.

Daha sonra şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!