​Gəncədə Azərbaycan Ordusunun şəhid leytenantı dəfn olunub

​Gəncədə Azərbaycan Ordusunun şəhid leytenantı
18:56 14.09.2022
261 Ölkə
A- A+

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan zabit Erkin Hüseynov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Report un Qərb bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü Hüseynov Erkin Ədalət oğlu ilə ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları, İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

Mərasimdən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.