​Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn edilib

​Şəhid İsmayıl Budaqlı Sabirabadda
20:08 14.09.2022
261 Ölkə
A- A+

Şəhid İsmayıl Budaqlının nəşi torpağa tapşırılıb.

Report un Aran bürosunun məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlı
Budaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib.

Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyətin
nümayəndələri iştirak ediblər.

Şəhid İ.Budaqlı kənd qəbristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!