​Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul müvəqqəti dayandırılır

​Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul
22:15 14.09.2022
296 Toplum
A- A+

Sabahdan məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul sistemi müvəqqəti dayandırılır.

SÜLH.İNFO.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi sentyabrın 14-ə kimi aparılıb.

Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq.

Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.