​KTMT baş katibi İrəvana gedir

​KTMT baş katibi
22:45 14.09.2022
292 Dünya
A- A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas gələn həftə Ermənistana getməyi planlaşdırır.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

Onun sözlərinə görə, KTMT Birləşmiş Qərargahının rəhbəri general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi missiya sentyabrın 15-də Ermənistana uçacaq. Gələn həftə isə Stanislav Zas da İrəvana səfər edəcək.