​Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq - Paşinyan

​Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq -
23:00 14.09.2022
357 Ölkə
A- A+

Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmayacağını bildirib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında bildirib.

"Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, dost olmayan xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”, - Paşinyan yazıb.

Bir qədər əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan tərəfi müəyyən sənəd imzalamaq istəyir.

Erməni mediasında tezliklə Paşinyanın sülh müqaviləsini imzalayacağı iddia edilir.