​"Nant" "Qarabağ"la matça ciddi itki ilə çıxacaq

​
23:45 14.09.2022
253 Ölkə
A- A+

Fransanın "Nant" klubunun futbolçusu Şarl Traore Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçını buraxacaq.

SÜLH.İNFO.az xəbər verir ki, malili müdafiəçi zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.