​Xaçmazda naməlum avtomobil piyadaları vurub

​Xaçmazda naməlum avtomobil
23:39 14.09.2022
250 Hadisə
A- A+

Xaçmazda avtomobil piyadaları vuraraq xəsarət yetirib

Report un Şimal bürosunun xəbərinə görə, hadisə Bakı prospektində baş verib.

Belə ki, rayonun Şollar kənd sakinləri - 1988-ci il təvəllüdlü Əmirxanova Ülviyyə Ələkbər qızı və 2016-ci il təvəllüdlü Əmirxanova Zəhra Elşad qızı yolu keçərkən avtomobil onları vurub.

Yaralılar sakinlərin köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Piyadaları vuran sürücünün kimliyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.