​Hulusi Akar Bakının qurtuluşu münasibətilə Zakir Həsənovu təbrik edib

​Hulusi Akar Bakının qurtuluşu münasibətilə Zakir Həsənovu
10:32 15.09.2022
235 Hərbi
A- A+

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu təbrik edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd edilir.

H.Akar telefon danışığında Azərbaycan xalqının bu əlamətdar və anlamlı gününü xüsusilə qeyd etdiyini vurğulayıb.