​KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyi planlaşdırmır

​KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyi
12:27 15.09.2022
228 Siyasət
A- A+

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlılar göndərməyi planlaşdırmır".

"Report" xəbər verir ki, bunu brifinqdə KTMT-nin Baş qərargahının rəhbəri Anatoli Sidorov bildirib.

“İki ölkə sərhədində təşkilatın qüvvələrindən istifadə etmək müzakirə mövzusu deyil”, - o deyib.

Onun sözlərinə görə, təşkilat Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşacağına ümid edir.

Xatırladaq ki, daha əvvəl KTMT missiyasının Ermənistana sentyabrın 15-də gələcəyi bildirilirdi.