​İlham Əliyev və Putin sərhəddəki vəziyyəti müzakirə edəcək

​İlham Əliyev və Putin sərhəddəki vəziyyəti
12:48 15.09.2022
228 Siyasət
A- A+

Bu gün Səmərqənddə Rusiya və Azərbaycan liderlərinin görüşü keçiriləcək. 

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin görüşdə Azərbaycan-Ermənistan sərhədindəki son hadisələri müzakirə edəcəklər. 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Səmərqəndə gedib.