​Avropa Komissiyasının sədri Kiyevdə səfərdədir

​Avropa Komissiyasının sədri Kiyevdə
14:15 15.09.2022
228 Dünya
A- A+

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın paytaxtı Kiyevə işgüzar səfərə gedib. Bu, onun müharibə başlayandan bəri Ukraynaya üçüncü səfəridir.

Bu barədə Avropa Komissiyasının sədri tviterdə yazıb.

O, Ukraynada çox dəyişikliklərin baş verdiyini qeyd edib: “Ukrayna indi Avropa İttifaqına namizəd ölkədir”.

Ursula fon der Lyayen məlumat verib ki, o, səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşəcək.