“Prosesin gedişatını proqnozlaşdırmaqdan ötrü mövcud reallıqları nəzərə almaq lazımdır. Hazırda Ermənistanda kimin hakimiyyətə gəlməsi və ya getməsi Azərbaycanın mövqelərinə hər hansısa bir təsir göstərmək iqtidarında deyil”.
Sülh.info.az xəbər verir ki, bu fikirləri son günlər Azərbaycan-Ermənistan arasındakı münasibətlərlə bağlı saytımıza danışan politoloq Elçin Mirzəbəyli bildirib:
“Çünki 44 günlük müharibənin nəticəsində yaranan sülh müqaviləsini baş nazir Nikol Paşinyan Ermənistan dövlətinin adından imzalayıb. İndiki məqamda bu öhdəliklərə Ermənistan dövləti cavabdehdir. Ermənistanda daxili proseslərin necə həyata keçiriləcəyini gələcək göstərəcək. Paşinyanın hakimiyyətdən getməsi və başqasının hakimiyyətə gəlməsi hər hansı bir dəyişiklik yaratmayacaq".
"Bu gün etiraz edən və etməyən Ermənistan cəmiyyəti də başa düşməlidirlər ki, onların ən böyük problemi Azərbaycanla sülh şəraitində yaşamaq istəməmələridir, həmçinin qonşu dövlətlərə münasibətdə ərazi iddia etməkləridir. Erməni xalqı heç bir əsası olmayan Ermənistan xülyasından əl çəkməyincə bu bölgədə onlara rahatlıq olmayacaq”.
Prosesləri şərh edən politoloq qeyd edib ki, erməni xalqı qonşu dövlətlərlə sülh şəraitində yaşamağı bacarmalıdır:
“Tarixən Cənubi Qafqaza heç bir aidiyyatı olmayan xalq, mədəniyyət baxımından belə Qafqaz xalqlarından tamamilə uzaq olan bu toplum mahiyyət etibarilə bu bölgədə uzun illərdir yerləşdikləri halda Cənubi Qafqazdakı proseslərə, xalqların daşıdığı dəyərlərə də uyğunlaşa bilməyiblər.
Qafqaz xalqlarından fərqli olarq bu toplumun ləyaqət hissi ümumiyyətlə yoxdur. Onlar üçün çıxış yolu yalnız ondan ibarətdir ki, qonşularla sülh şəraitində yaşamağı bacarsınlar, başqa xalqların, millətlərin hüquqlarına hörmətlə yanaşsınlar. Hansısa qondarma iddialara, əfsanələrə, Ermənistan tarixinə yazılmış arqumentlər əsasında öz gələcəklərini müəyyənləşdirməsinlər".
Fidan Ali / Sulh.info.az