​KTMT-dan Paşinyana cavab: "Söhbət gedə bilməz"

​KTMT-dan Paşinyana cavab:
14:42 15.09.2022
303 Siyasət
A- A+

“Ermənistan və Azərbaycan sərhədində KTMT qüvvələrinin tətbiqindən söhbət gedə bilməz. Çünki təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir”.

Sülh.info.az xəbər verir ki, bu sözləri KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov bildirib.

“Gəlin tələsməyək. Sentyabrın 13-də dövlət başçılarımız yekdilliklə bəyan etdilər ki, bu gün Ermənistan-Azərbaycan sərhəddində mövcud olan bu problem siyasi və diplomatik üsullarla həll edilməlidir” - Sidorov bildirib. O, əlavə edib ki, KTMT-nin iştirakı ilə nə sentyabrın 13-də, nə dünən, nə də bu gün hərbi gücdən söhbət gedə bilməz.

"Ümid edirik ki, proseslər  həllini silah və güc tətbiq edilmədən sülh yolu ilə davam etdirəcək" - o əlavə edib.