​Azərbaycanın cari əməliyyatlar balansının qalığı 6 dəfəyə yaxın artıb

​Azərbaycanın cari əməliyyatlar balansının qalığı
15:26 15.09.2022
A- A+

Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 10 330,9 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

Ümumi qalıq xarici ticarət balansındakı 13 022,4 milyon dollarlıq qalıq (3,7 dəfə çox), xidmətlər balansındakı 1 331,7 milyon dollarlıq kəsir (2,4 % çox), ilkin gəlirləri balansındakı 2 653,5 milyon dollarlıq kəsir (4,8 dəfə çox) və təkrar gəlirlər balansındakı 1 293,7 milyon dollarlıq qalıq (5,9 % çox) hesabına formalaşıb.