​Türkiyə səfirliyi Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib

​Türkiyə səfirliyi Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı
15:28 15.09.2022
233 Siyasət
A- A+

Türkiyənin Azərbaycandakı səfirliyi Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə paylaşım edib.

Bu barədə səfirliyin tviter səhifəsində yazılıb.

“Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ili mübarək olsun! Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və 1132 şəhid olmaqla onunla birlikdə döyüşən Azərbaycan Ordusunun şəhidlərini hörmət və ehtiramla yad edirik”, - paylaşımda bildirilib.