​Keçmiş məhbusdan bir kiloqram heroin götürülüb

​Keçmiş məhbusdan bir kiloqram heroin
16:37 15.09.2022
220 Hadisə
A- A+

Lənkəran sakinindən heroin götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran şəhər sakini, Rahim Quliyevdən 1 kiloqram 20 qram heroin aşkar olunaraq götürülüb.

Rahim Quliyev əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub.