​Azərbaycanlı deputat məşhur kanalda erməni siyasətçini belə susdurdu - VİDEO / AÇIQLAMA

​Azərbaycanlı deputat məşhur kanalda erməni siyasətçini belə susdurdu -
16:37 15.09.2022
378 Siyasət
A- A+

Azərbaycanlı deputat Nigar Arpadarai məşhur "Əl Cəzirə" kanalında erməni siyasətçi Vladimir Vardaryan ilə canlı debatda iştirak edib. 

Sulh.info.az bildirir ki, müzakirə zamanı dinləmə və müzakirə bacarığı olmayan "siyasətçi" Vardaryan Nigar Arpadarainin sözünü kəsməyə çalışıb. Deputat isə buna əhəmiyyət verməyərək açıqlamasına davam edib. 

"Ermənistan işğal qurbanı olmayıb. Amma özü uzunmüddətli işğalçı olub. Azərbaycan isə heç vaxt hər hansısa bir ərazini işğal etməyib.” - deyə Nigar Arpadarai qeyd edib və bu zaman Vardaryan onun sözünü kəsərək deyib: "Siz indi bizim ərazilərimizdəsiniz”. 

Sözünə davam edən deputat isə  “Erməni silahlı birləşmələri indiyə qədər də Azərbaycan ərazisindədir. Onların burada nə işi var?" - deyə davam edib.

Sözügedən debatla bağlı "Sulh.info.az"a danışan deputat Nigar Arpadarai bunları deyib:

"Bu veriliş Əl-Cəzirənin tanınmış bir verilişidir. Müzakirə orada baş tutub. Ermənistan tərəfdən Vladimir Vardanyan, bizdən mən iştirak edirdim. Vladimir Vardanyanı biz AŞPA-dan da tanıyırıq, Ermənistanın nümayəndə heyətinin üzvüdür. Bu müzakirə Azərbaycan-Ermənistan arasında olan hazırki proseslər əsasında aparılmışdır. Konkret olaraq onlara həqiqəti göstərməyə çalışırdım ki, Ermənistan üç tərəfli bəyanatın müddəalarını pozub, hələ də Ermənistanın qanunsuz hərbi birləşmələri Azərbaycan ərazisindədir.

Ermənistan tərəfinin yanaşması belədir ki, konkretlikdən uzaq olurlar, yalan məlumatlar paylaşırlar. Ona görə də onlar nəsə dediyi zaman bildirirdim ki, biz sülhə hazırıq, siz Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırsınızmı? Yəni bu istiqamətdə müzakirə aparılıb. Çox təəssüf ki, Ermənistan tərəfi hələ də öz ideologiyasının qurbanıdır. Müzakirədən də görüldüyü kimi, onlarla keyfiyyətli müzakirə aparmaq çətin olur, çünki yalan məlumatları paylaşırlar".

Sözügedən debatın qısa və tam videosunu təqdim edirik: