​Ata qızını kürəkəni ilə məcbur evləndirib - Azərbaycanda ŞOK OLAY

​Ata qızını kürəkəni ilə məcbur evləndirib - Azərbaycanda
17:32 15.09.2022
370 Hadisə
A- A+

Yardımlıda boşanmış qadın yeznəsi ilə evləndirilməyə məcbur edilib.

Bu barədə Təmiz Dünya İctimai Birliyinin sədri Mehriab Zeynalova məlumat yayıb. O qeyd edib ki, evləndirilməyə məcbur edilən qadının bacısı da sağlamdır. Bundan əlavə, qızın ailəsi də bu nikaha razıdır. Hətta qızların atası məktəb direktorudur:

"Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sapsağlam olan bacısının mövcud əri onunla evlənməyə məcbur edilməsidir. Qızın ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün iştirak edib. Deməli, qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq onula zorla ərdə olmasını tələb edib. Orta əsir qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mümkünsə bu direktorla məşğul olun. Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır. Bundan əlavə, Yardımlı rayon polisinin şöbəsinin əməkdaşı, ataya və qızın qardaşına qızın sığınacaqda olduğunu və qızı orda tapa biləcəkləri barədə məlumatlar verib. Hazırda qadının atası, qardaşı evə qayıtması üçün ona təzyiqlər edirlər".