​Zakir Həsənovla ABŞ müdafiə nazirinin müavini arasında telefon danışığı olub

​Zakir Həsənovla ABŞ müdafiə nazirinin müavini arasında
17:50 15.09.2022
227 Hərbi
A- A+

Sentyabrın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalın təşəbbüsü ilə telefon danışığı olub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.