​Neft sektoru üzrə büdcə gəlirləri 2023-cü ildə 5 %-dək artacaq

​Neft sektoru üzrə büdcə gəlirləri 2023-cü ildə
18:45 15.09.2022
A- A+

2023-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 759,5 milyon manat və ya 4,9 % çox olacağı gözlənilir.

Report bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bunun da 69,2 %-ini və ya 11 milyard 280 milyon manatını Azərbaycan Dövlət Neft Fondundan transfert, 30,8 %-ini və ya 5 milyard 17 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat olacağı gözlənilir. Bu, 2022-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5,2 % çoxdur.