​Azərbaycan gələn il 1,4 milyard manat borc alacaq

​Azərbaycan gələn il 1,4 milyard manat
20:45 15.09.2022
244 Ölkə
A- A+

2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri 2579,3 milyon manat proqnozlaşdırılır.

SÜLH.İNFO.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun da 1405,3 milyon manatının (54,5%) borclanma, 1 074 milyon manatının (41,6%) vahid xəzinə hesabının qalığı, 100 milyon manatının isə (3,9%) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.