​Bakıda yaşayış binası yanır

​Bakıda yaşayış binası
20:45 15.09.2022
382 Hadisə
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

SÜLH.İNFO.az  Report a istinadən xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.