​Mənzildən 19 min manat OĞURLANDI

​Mənzildən 19 min manat
10:45 16.09.2022
214 Hadisə
A- A+

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11.000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.