Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonda Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan vurğulayıb ki, sərhəddə vəziyyətin nisbətən sakit olmasına baxmayaraq, gərginlik qalmaqdadır.
İki ölkə lideri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrasına dair məsələləri müzakirə ediblər.