​Qarabağdakı irimiqyaslı bərpa işləri iqtisadi artımı dəstəkləyir

​Qarabağdakı irimiqyaslı bərpa işləri iqtisadi artımı
11:34 16.09.2022
A- A+

Məcmu tələbin bütün komponentləri iqtisadi aktivliyin yüksək qalmasına şərait yaradır. 

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 5.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artıb:

"Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə avqustda əvvəlki aya nəzərən biznes inam indeksi ticarətdə yüksəlmiş, qeyri-neft sənayesi və xidmət sektorlarında isə demək olar ki, sabit qalıb.

2022-ci ilin 8 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.8%, qeyri-neft investisiyalarının həcmi 22.5% artıb.

8 ayda dövlət büdcəsi xərclərinin 16.2% artması həm istehlak, həm də investisiya tələbinə təsir göstərib. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa işlərinin aparılması iqtisadi artımı dəstəkləməkdə davam edir".