​Nensi Pelosi İrəvana dilənməyə gəlir - Erməni ekspert

​Nensi Pelosi İrəvana dilənməyə gəlir -
11:45 16.09.2022
292 Siyasət
A- A+

ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfər edəcək.

Sülh.info.az xəbər  verir ki, bu barədə erməni siyasi ekspert Suren Sarkisyan özünün “Facebook” səhifəsində paylaşım edib.

Suren Sarkisyan bildirib ki, Nensi Pelosinin İrəvana gəlmə səbəbi son baş verən hadisələr deyil. Əgər belə olsaydı, o, Ermənistanla yanaşı Azərbaycana da səfər edərdi. Bu səfərin məqsədi noyabrda ABŞ-da keçiriləcək seçkilərdi. Pelosi  bir müddətdi həyat yoldaşının müxtəlif qalmaqallı hadisələrdə adı keçdiyindən, siyasi palitrada ciddi mövqelərini itirib. Amma o illərdi ABŞ-da erməni və digər lobbilərin əhatəsində qorunduğundan seçkilərdə son şansından istifadə edib partiyasına kömək edəcək. onun sözlərinə görə, Pelosi seçkilərdə demokratlara lazımı köməkliyi, yəni ABŞ-da müxtəlif lobbilərin, xüsusən də erməni lobbisinin dəstəyini qazandırdıqdan sonra siyasətdən gedəcək.

Suren Sarkisyan bildirib ki, Pelosi  Ermənistana gəlməyə qərar verəndə Azərbaycan-Ermənistan sərhəddində hasidələr baş verməmişdi.

“Lakin Pelosi müharibəyə baxmayaraq Ermənistana gəlmək qərarına gəlib və biz bu vəziyyətdən öz xeyrimizə istifadə etməliyik (əgər bacarırıqsa)”.