​Mağazadan 30 minlik qızıl-zinət əşyaları oğurlandı

​Mağazadan 30 minlik qızıl-zinət əşyaları
12:07 16.09.2022
232 Hadisə
A- A+

Şəmkirdə mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması məlumatı daxil olub.

Keçirilən əməliyyatla oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb. Araşdırma aparılır.