​ABŞ-ın təxribatlarda əli varmı? - "Birbaşa dövlətin olmasa da..." - AÇIQLAMA

​ABŞ-ın təxribatlarda əli varmı? -
12:50 16.09.2022
372 Siyasət
A- A+

“Avqustun 2-də Çinin və digərlərinin etirazına baxmayaraq, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi artıq Tayvana səfər etdi. Tayvana səfər Demokratlar partiyasına ölkə daxilində yerlərdə sürünən reytinqlərini bir az yüksəltməyə imkan verdi. Səfər beynəlxalq qalmaqala səbəb oldu, çünki bir ölkənin qanunverici orqanın rəsmisi digər ölkənin bölünməsi ilə nəticələnə biləcək bir proses başlayan ölkəyə səfər etməklə, əslində bu proseslərə dəstəyini nümayiş etdirmişdir”.

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza danışan politoloq Yeganə Hacıyeva bildirib.

“Səfər bütün dünyada ABŞ rəsmisinin beynəlxalq hüququ heçə sayması kimi dəyərləndirilmişdi. Amma məhz bu səfər 80-82  yaşlarında bəzən anlaqlı olması ilə bağlı mübahisələr səngiməyən prezident və onun partiyasından olan spikerin əslində daxildə reytinqin qısa müddətli də olsa yüksəlməsinə xidmət etdi.

Nensi Pelosinin Ermənistana son sərhəd gərginliyi fonunda səfəri, sərhəddə baş verənlərin  “xeyir duasını” məhz ABŞ-ın da alınması təəssüratı yaradır. Bu isə kəskinləşən İran, Rusiya və ABŞ münasibətləri fonunda Rusiya və İranın sərhədlərində yerləşən strateji  ölkə olan Azərbaycana münasibətdə heç də xoş görüntü deyil”.

“Ümumiyyətlə,  ABŞ-ın ölkəsinin qlobal konfrontasiyada olduğu  ölkələrin strateji tərəfdaşı kimi Ermənistana loyal münasibəti üzərindən “kollegial” qərarlar verməsini izləməkdəyik. Paşinyanın ŞƏT sammitində iştirak etməməsi, Pelosinin nəzərdə tutulan bu səfəri, “Ermənistanın son təxribatlarda ABŞ-ın dirijorluğu ilə hərəkət etdiyinə sübut sayıla bilərmi?” sualının bir neçə cavabı var. Bu proseslər birbaşa ABŞ dövləti tərəfindən olmasa da, ABŞ qanunverici orqanlarında kök atmış erməni lobbisinin ruporları vasitəsilə,  Nensi Pelosinin spikeri olduğu Nümayəndələr Palatası, Demokratlar Partiyasının Mərkəzi Aparatının və s. drijorluğu şübhəsizdir". 

Həmçinin politoloq Paşinyanın ŞƏT sammitində iştirak etməməsinin bir neçə əsası olduğunu vurğulayıb:

"Paşinyanın ŞƏT sammitində iştirak etməməsinin bir neçə əsası var. Ən vacib səbəb isə  ŞƏT nizamnaməsində əks olunan  üzv və müşahidəçi statuslu dövlətləri təşkilata ikitərəfli ziddiyyətləri daxil etməməkdir. Bu təşkilata daxil olmaq iddiasında olan bütün ölkələrin yerinə yetirməli olduğu öhdəlikdir. Ermənistanın isə təmsil olunduğu bütün təşkilatlarda özünün uydurduğu saxta tarixi və uydurma iddiaları ilə öz maraqlarından təmsil olunmaq adəti var ki, bu ŞƏT daxilində qəbuledilməz bir yanaşmadır.

Digər səbəbdən də, Paşinyanın son sərhəd gərginliyindən sonra Azərbaycan, Türkiyə və Rusiya rəhbərləri ilə, habelə son KTMT iclasından sonra riyakar planlarının həyata keçmədiyi üçün qurumun üzvü olan digər ölkələrin rəhbərləri ilə üz-üzə gəlməkdən çəkinməsidir".

Fidan Ali / Sulh.info.az