​Şuşada inşa edilən yaşayış binaları gələn il hazır olacaq

​Şuşada inşa edilən yaşayış binaları gələn il
13:42 16.09.2022
232 Siyasət
A- A+

"Hazırda Şuşada 23 ədəd çoxmənzilli bina inşa edilir və gələn ilin sonuna qədər onlar hazır olacaqlar. Beləliklə, şuşalılar doğma yurdlarına qayıtmağa başlayacaqlar".

Bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

"Binaların ümumi sahəsi 60 min kvadratmetr təşkil etməklə 450 mənzildən ibarət olacaq", - deyə A.Kərimov qeyd edib.