​Köçəryan Ermənistan ictimaiyyətini görüşə çağırdı

​Köçəryan Ermənistan ictimaiyyətini görüşə
16:24 16.09.2022
222 Dünya
A- A+

Ermənistan Respublikasının 2-ci prezidenti Robert Köçəryan gələn həftənin bazar ertəsi günü Ermənistan ictimiayyətilə görüşəcək.

Bu haqda Robert Köçəryanın oğlu Levon Köçəryan bildirib.

O, görüşün bazar ertəsi saat 13:00-da İrəvandakı “Moskva” kino evində keçiriləcəyini qeyd edib.

Ermənistan müxalifəti son günlər yenidən aktivləşib. Müxalifət Ermənistan-Azərbaycan sərhəddində baş vermiş böyük itkilərlə nəticələnmiş hərbi toqquşmalar fonunda baş nazir Nikol Paşinyana qarşı birləşməyə cəhd edir.