​Azərbaycan cüdoçusu Avropa çempionu olub

​Azərbaycan cüdoçusu Avropa
18:32 16.09.2022
234 İdman
A- A+

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən Vüsal Qələndərzadə final görüşünə çıxıb.

Report un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada italiyalı Luici Sentraççio ilə görüşüb.

Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.