​Şəhid Cəmil Qurbanzadə Astarada dəfn olunub

​Şəhid Cəmil Qurbanzadə Astarada
19:12 16.09.2022
245 Ölkə
A- A+

Ermənistan Silahlı Qüvvələrinin son təxribatlarını qəhrəmancasına dəf edərkən şəhid olan Qurbanzadə Cəmil Anar oğlu Astarada dəfn olunub.

Report un Cənub bürosunun verdiyi xəbərə görə, C.Qurbanzadə Laçın istiqamətində düşmənin təxribatlarının qarşısını alarkən şəhadət zirvəsinə ucalıb.

Astaralılar şəhid C.Qurbanzadənin cənazəsini böyük izdihamla qarşılayıb, son mənzilə yola salıblar.

Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəhidin atası Anar Qurbanzadə bildirib ki, şəhidlik əlçatmaz bir zirvədir: "Uşağımı ona görə böyütmüşəm ki, cəmiyyətə, Vətənə yararlı övlad olsun. Mənim xalqımın, millətimin işinə yarasın”.