​Şəhid Rəşad Qənbərli Cəlilabadda dəfn edilib

​Şəhid Rəşad Qənbərli Cəlilabadda
19:36 16.09.2022
226 Ölkə
A- A+

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilabad rayon sakini, Qənbərli Rəşad Əlizamin oğlu dəfn olunub.

Report un Muğan bürosunun məlumatına görə, şəhidlə Uzuntəpə kəndində vida mərasimi keçirilib.

Daha sonra şəhid Uzuntəpə kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid R.Qənbərli 1996-ci ildə Cəlilabad rayonunda anadan olub.