​"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

​
23:15 16.09.2022
244 İdman
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Report un məlumatına görə, \"Neftçi\" \"Asco Arena\"da \"Səbail\"in qonağı olub. Görüş \"ağ-qaralar\"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato fərqləniblər.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran \"Neftçi\" ilk pilləyə yüksəlib. 5 xalı olan \"dənizçilər\" isə 7-ci sırada qalıb.

Turun açılış matçında \"Sabah\" evdə \"Turan Tovuz\"u 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, sentyabrın 17-də \"Qəbələ\" - \"Sumqayıt\" oyunu, bir gün sonra isə \"Kəpəz\" - \"Şamaxı\" və \"Zirə\" - \"Qarabağ\" matçları baş tutacaq.