​İran prezidenti Baydenlə görüşməyəcəyini deyib

​İran prezidenti Baydenlə görüşməyəcəyini deyib
10:30 17.09.2022
216 Siyasət
A- A+

ABŞ prezidenti ilə görüşün faydalı olduğuna inanmıram.

Sulh.info.az CBS telekanalına istinadən xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi deyib.

O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Amerika Prezidenti Co Baydenlə mümkün görüşünün faydalı olacağına şübhə edir.

Prezidentdən Nyu-Yorkda Baydenlə görüşməyə hazır olub-olmadığı soruşulub. O isə cavabında“Xeyr. Düşünmürəm ki, belə bir görüş baş tutsun” deyib. (Apa)