Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sulh.info.az xəbərə verir ki, rayonun Mollakənd kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Sona Əliyevanı vurub.
Qəza nəticəsində xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.