​Daha 2 hərbçimiz şəhid olub - SON DƏQİQƏ

​Daha 2 hərbçimiz şəhid olub -
13:45 17.09.2022
359 Siyasət
A- A+

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub.

Bu barədə "Sulh.info.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Həmçinin oxuya bilərsiniz: "Azərbaycan ordusunun hərbçisi həlak oldu - RƏSMİ"