​Türkiyə Suriyanın şimalında terror təşkilatına qarşı ikiqat əməliyyat keçirib

​Türkiyə Suriyanın şimalında terror təşkilatına qarşı
12:45 18.09.2022
266 Siyasət
A- A+

Türkiyə Milli Kəşfiyyat Təşkilatı PKK/YPG-nin Fərat bölgəsi zabiti adlandırılan “Rojhat Karakoçan” kod adlı Mehmet Gürbüzü və yanındakı terrorçunu SİHA-nın Suriyanın şimalındakı Ayn İsa bölgəsində keçirdiyi əməliyyatla zərərsizləşdirib.

Sulh.info.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Milli Kəşfiyyat Təşkilatının sahə agentlərindən alınan məlumat çərçivəsində sentyabrın 16-da terrorçu Gürbüzə qarşı əməliyyat keçirilib.

Gürbüz və mühafizəçisi Suriyanın şimalındakı Ayn İsada SİHA əməliyyatı ilə onu zərərsizləşdirib.