​Ermənilər Azərbaycan səfirliyinə hücum etdilər - ANBAAN VİDEO

​Ermənilər Azərbaycan səfirliyinə hücum etdilər -
18:45 18.09.2022
421 Dünya
A- A+

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın edib, təxribat törətməyə çalışıblar.

 

Sulh.info.az bildirir ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

 

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

 

Qeyd edək ki, bir neçə gün öncə ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər. Lakin polis əməkdaşları bunun qarşısını almağa çalışıblar. Bu zaman toqquşma baş verib.

Həmçinin bunu oxuya bilərsiniz: "Ermənistan bunu etsə, yardıma hazırıq - Pelosidən ŞOK AÇIQLAMA"